İstifadə şərtləri
Son yenilənmə: 2026-09-07
Bu şərtlər COE Analytics platformasından istifadə qaydalarını müəyyən edir.
Bu mətn hüquqşünas təsdiqi gözləyir
Səhifənin quruluşu və faktları sistemin real işinə uyğundur, lakin yekun hüquqi ifadələr sifarişçinin hüquqşünası tərəfindən verilməlidir (Texniki Tapşırıq, bölmə 22).
Xidmətin predmeti
COE Analytics kompetensiya, koqnitiv qabiliyyət və dil qiymətləndirməsi aparan onlayn platformadır. Xidmət iki formada təqdim olunur: biznes hesabları namizədləri qiymətləndirir, fərdi hesablar özünü və ya başqa şəxsi qiymətləndirib sertifikat alır.
Nəticələrin istifadəsi
Nəticələr qərar üçün dəstək materialıdır. Onlar potensialı ölçür, iş performansını yox, və müsahibə ilə birlikdə istifadə edilməlidir. Yalnız bu nəticəyə əsaslanan işə qəbul qərarı tövsiyə olunmur.
Hesab sahibinin öhdəlikləri
- Namizədləri qiymətləndirmədən əvvəl xəbərdar etmək.
- Giriş məlumatlarını qorumaq və başqası ilə paylaşmamaq.
- Öz sual bankına yalnız istifadə hüququ olduğu məzmunu yükləmək.
- Nəticələri yalnız qiymətləndirmə məqsədi üçün işlətmək.
Token və ödəniş
İmtahanlar token vahidi ilə ödənilir. Tokenlər paket şəklində və ya aylıq abunə ilə alınır. Qaytarılma qaydaları qiymətlər səhifəsində göstərilir. Ödəniş provayderin öz səhifəsində aparılır — kart məlumatı bizim serverimizə toxunmur.
Məsuliyyət hüdudları
Platformanın nəticələrinə əsaslanan kadr qərarlarının məsuliyyəti hesab sahibinə aiddir. Xidmətin fasiləsiz işləməsi üçün səy göstərilir, lakin texniki nasazlıq və ya kənar xidmətin dayanması halları istisna edilmir.
Əlaqə
Şərtlərlə bağlı suallar üçün: —
